Ölkə futbolu
Rəqibi "İnter"in baş məşqçisini də tanımır
"İnter" Avropa Liqasının 2-ci təsnifat mərhələsi &cce…
"İnter" Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Atletik"lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, artıq komandaların oyun öncəsi mətbuat konfransının və məşqinin vaxtı dəqiqləşib.
Belə ki, ilk olaraq jurnalistlər önünə "bankirlər"in baş məşqçisi Zaur Svanadze çıxacaq. O, yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 15:00) KİV nümayəndələrini suallarını cavablandıracaq. Ardınca isə saat 17:15-də (20:15) bilbaoluların çalışdırıcısı Ernesto Valverdenin mətbuat konfransı baş tutacaq. Piriney təmsilçisinin oyun öncəsi son məşqi yerli vaxtla 18:00-da (21:00), təmsilçimizdə isə 21:00-da (00:00) nəzərdə tutulub.
Maraq üçün onu da əlavə edək ki, Bilbao təmsilçisinin rəsmi saytında Bakı klubunun baş məşqçisi Zaur Svanadze yox, Kaxaber Sxadadze göstərilib. Görünür rəqib "İnter"i elə də yaxşı tanımır, önəm vermir.
Qeyd edək ki, "Atletik" – "İnter" matçı iyulun 30-da saat 23:45-də start götürəcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi