Ölkə futbolu
Svanadze: "Qələbə qazansaq, qəhrəmana çevriləcəyik"
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk …
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "İnter" İspaniyada "Atletik"in qonağı olacaq.
Matçdan 1 gün öncə, dünən Bakı klubunun baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Gürcüstanlı mütəxəssis layiqli oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Atletik" çox yaxşı komandadı. Rəqibi təhlil etmişik. Şansları fazilə dəyərləndirə bilmərəm. Amma layiqli oyun sərgilməyə çalışacağıq. Rəqibin heyətində güclü futbolçular var. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Ududzsaq, heç kimi mühakimə etməyəcəyik. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik".
Təcrübəli çalışdırıcı danışarkən paytaxt klubundakı problemlərdən də söhbət açıb: "İnter"də maliyyə problemlərinin olması hamıya məlumdu. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edirik. Ötən mövsümkü heyətimizdən 2-3 futbolçu qalıb. Bakıya yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm 4 rəsmmi matça çıxmışıq. Komanda tam hazırlıq keçə bilməyib".
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.