Ölkə futbolu
PFL təsdiqlədi: Super Kubok matçını Həsənov idarə edəcək!
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neft&cce…
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Hakimlər Komitəsi bu oyunu Rəhim Həsənova həvalə edib.
Qeyd edək ki, bu görüşün Həsənova tapşırılacağını ilk olaraq futbolinfo.az yaymışdı.
Azərbaycan Super Kuboku
23 oktyabr (çərşənbə)
“Xəzər Lənkəran” – “Neftçi”
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu, 15:00
Baş hakim: Rəhim Həsənov
Köməkçi hakimlər: Yaşar Abbasov, Vaqif Musayev Dördüncü hakim: Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov