Ölkə futbolu
"Kəpəz"in yeni kapitanı bəlli oldu
Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında…
Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" çalışmalarını davam etdirir. Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yeni kapitanı da bəlli olub.
Belə ki, yeni mövsümdən etibarən, "sarı-göylər"in kapitan sarğısını Tural Axundov daşıyacaq.
Qeyd edək ki, Tural zədəli və cəzalı olduğu halda kapitan funksiyasını Şəhriyar Rəhimov və Bəxtiyar Soltanov yerinə yetirə bilərlər.