Ölkə futbolu
"Kəpəz" tovuzlularla bacarmadı
“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keç…
“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” son sınaq matçında səfərdə “Turan Tovuz”la üz-üzə gəlib.
Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə gəncəlilər hesabı dəyişib. İsmayıl Aslanov I divizion təmsilçisinin qapısına yol tapıb. Amma onlar qələbə hesabını sonadək qoruya bilməyiblər. Rəqib hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, bu oyun tərəflərin hazırlıq dönəmində ikinci qarşılaşması olub. Ötən ay Tovuzda reallaşan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.