Bizi izləyin

Ölkə futbolu

Mərkəzi arenadakı qazona məsul şəxs danışdı: Vəziyyət acınacaqlıdı

Stadionun pis günə düşməsinə səbəb havanın isti olmas…

blank
Stadionun pis günə düşməsinə səbəb havanın isti olması imiş. “Qarabağ”ın Çempionlar Liqasınınj 3-cü təsnifat mərhələsi çərçivəsində “Seltik”lə matçına çox az vaxt qalıb. Belə vacib görüş öncəsi bu gün heç də yaxşı olmayan bir hadisə baş verib. Belə ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika  stadionunun qazonu yanıb. Buna görə də vəziyyətlə yerində tanış olmaq üçün əməkdaşımız mərkəzi arenaya yola düşüb. Vəziyyət isə heç də ürəkaçan olmayıb. Bundan respubilka stadionun meydançasına baxmağa məsul şəxs FSM şirkətinin rəhbəri Fərman Əlizadəyə yaxınlaşıb, suallarımızı ünvanladıq:
– Qazonun bu vəziyyətə düşməsinə əsas səbəb nədi?
– Dünya praktikasında renovasiya işləri adlanan bir termin var. Hər bir meydançada  mövsüm başa çatandan sonra məhz renovasiya işləri aparılmalıdı. Yəni, bərpa və yenilənmə olunmalıdı. Çox təəssüf ki, bu il meydança məğul olduğu üçün adıçəkilən işləri görə bilmədik. “Rudar”la ilk matça kimi biz qazonu birtəhər hazırlaya bildik.  Düzdü, həmin qarşılaşmada da meydançada bəzi problemlər var idi. Amma estetik görünüşdə bu bilinmirdi. Son günlərdə Bakı şəhərində havanın hərarəti 39-40 dərəcədi. Belə olan halda, qazonda temperatur 51-52 dərəcəyə qalxıb. Bu istilik meydançada bəzi virusların əmələ gəlməsinə səbəb olur. Bunun qarşısını almaq üçün biz bəzi işlər gördük və hazırda virusun qarşısını ala bilmişik. Belə şeylər təkcə Tofiq Bəhramov adına Respubilka stadionunda yox, “Bakcell Arena”da əvvələr olmuşdu. Lakin onda bizim vaxtımız çox idi deyə, bu virusların böyüməsinə imkan vermədik. İndi biz mərkəzi arenada mümkün ola biləcək bütün işləri aparmışıq və hazırda meydançanı bərpa etmək prossesindəyik.  2 gün öncə qazonun vəziyyəti indikindən də pis gündə idi. Mümkün olan hər bir işlər görülür. Hətta mütəxəssislərimiz gecə də işləyirlər. 
– Bu işlərə başlayanda qazonun belə vəziyyətə düşəcəyi ilə bağlı riski gözə alınmışdınızmı?
– Hər şey nəzərə alınır. Avropanın digər meydançalarında görülən renovasiya işləri ilə bütün risklərin qarşısı alınır. Meydança məşğul olduğuna görə, elə də çox vaxtımız yox idi. İstilərin davam etməsi də bizi çox geriyə aparır. Ancaq apardığımız bütün işlər bəhrəsini verəcək.
– Belə başa düşdük ki, bu işlərin aparılmasına mane olan səbəb “Baku–2015” 1-ci Avropa Oyunlarıdı. Vaxt azlığına səbəb məhz adıçəkilən yarış olub?
– Xeyr, onu mən deyə bilmərəm. May ayında Avropa Oyunları yox idi.  
– Avropa Oyunlarına görə artıq aprel ayından stadion bağlanmışdı…
– Səbəb o deyil, səbəb stadionun məşğul olmasıdı. Siz dəqiq bilirsiniz ki, stadion məhz Avropa Oyunlarına görə bağlanılıb? Məndə belə informasiya  yoxdu. Biz Avropa Oyunları ərəfəsində də gecə-gündüz öz işimizi görürdük. Sadəcə, hansısa, səbəbdən stadionlar məşğul idi deyə biz bir çox işləri apara bilmədik. Renovasiya aparamağa isə çox vaxt lazım idi. Yeni toxumlar, gübrələr, dərmanların vurulması vaxt aparır. 4-6 həftə meydançaya ayaq basılmamalıdı. Sonra analiz olunub, yenə də bəzi işlər görülməlidi. Amma hazırda qazonun pis günə düşməsinə səbəb havanın hərarətinin isti olmasıdı. Ot istiliyə dözmədi. 
– Ot örtüyünün pis günə düşməsinin qarşısını almaq üçün sizin şirkətin edə biləcəyi tədbiri yoxdu? Azərbaycanda da isti ölkələr də stadionlar var…
– Hər stadionun öz toxum növü var. Bizim meydançaya “rayk” toxum növünü səpirik. Hansı ki, xidmətimizə uyğun seçilib. İstiliyə görə bu daha dözümlüdü. Ərəb ölkələrinin meydançalarının hamısında “bermuda” toxum növüdü. Bu toxumlar qış və payız fəslinə uyğun deyil. Əgər bizdə bu cür toxum olsaydı, sentyabrdan sonra saralardı. Çünki bu toxumlar soyuğa dözümlü deyil. Hər meydançanın öz toxum növü var və bunları bir-birinə qarışdırmaq mümkün deyil. Əgər biz də “bermuda”dan istifadə etsəydik qışda gərək qazonu yeniləyəydik. 
– Bəs bu olanların günahı, məsuliyyəti indi kimin üzərindədi?
– Belə deyək bizim işimizi hava şəraiti geri saldı. Amma bunun qarşısı alınıb.
– Matç saatına kimi stadionun vəziyyəti necə olacaq? Meydançanın tam hazır olmaq şansı varmı?
– Tam hazır olacağını deyə bilmərəm. Amma indikindən müəyyən qədər yaxşı olacaq.
– “Qarabağ” klubunun rəhbərliyindən sizinlə görüşən olubmu?
– Rəsmi olaraq, heç kimlə danışmamışam. “Qarabağ” peşəkar klubdu, özləri gəlib vəziyyəti görüb, qiymət verirlər. 
– “Qarabağ” – “Seltik” matçının nəticəsindən asılı olmayaraq, komanda avrokuboklarda minumum daha 1 oyuna çıxacaq. Bəs həmin görüşədək qazonun vəziyyəti ideal duruma düşəcəkmi?
– “Seltik”lə matçdakından daha yaxşı olacaq. Ümumiyyətlə, hər keçən gün meydançanın vəziyyəti daha yaxşı olacaq. 
– Qazonun dəyişdirilməsi gündəmdədimi?
– Xeyr, bu, mümkün deyil. Biz hazırda onun üzərində işləyirik ki, qazon dəyişdirilməsin. 
– Meydançanın bu vəziyyətə düşməsi sizi maliyyə baxımından nə qədər xərcə saldı?
– Xeyr, heç bir əlavə xərcimi çıxmayıb. Hamımız optimist olmalıyıq.
– Bildiyimizə görə, şirkətiniz 2012-ci ildən fəaliyyət göstərir. Belə bir hal ilk dəfədi başınıza gəlir?
– Xeyr, bu cür problem olub. Lakin belə qazonun bu cür pis vəziyyətə düşməsini ilk dəfədi yaşayırıq. Amma sizə deyim ki, bu elə də qorxulu həcm deyil. Bərpa olunan həcmdi.  
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm