Ölkə futbolu
Əvvəl biz, sonra şotlandlar
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi ç…
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) – "Seltik" (Şotlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Futbolinfo.az xəbər verir ki, avqustun 4-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında baş məşqçi Qurban Qurbanov 20:30-da media mənsublarının önünə çıxacaq.
"Seltik"in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyunqabağı son çalışması 21:30-da baş tutacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 5-i, saat 21:30-da start götürəcək.
(Klub saytı)