Ölkə futbolu
"Seltik" mərkəzi arenaya baxış keçirdi
Çempionlar Liqasının üçüncü təsnifat m…
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Seltik” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyünün durumu qeyri-qənaətbəxş olaraq qalır. Futbolinfo.az xəbər verir ki, güclü istilərlə əlaqədar meydançanın ot ortüyünün bəzi hissəsi yanıb. Yaranmış vəziyyətlə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi təcili tədbirlər görməyə başlayıb. Hazırkı vəziyyətdə meydançanın durumu hər iki klubu narazı salır. Xüsusil,ə belə vəziyyət “Qarabağ”ı narahat edir.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, meydançanın durumunun yaxşı olması bu gün ən çox onlara lazımdı.
Əlavə edək ki, meydançanın vəziyyəti ilə bağlı xəbərlərin yayılmasından sonra bu gün səhər “Seltik” klubunun meneceri Tom Hauson Respublika stadionunda olub. Meydançanın ot örtüyünə cavabdeh olan şotlandiyalı mütəxəssislər həmyerliləri olan “Seltik”in nümayəndəsinə bildiriblər ki, matçdan bir gün əvvəl, yəni sabah Tofiq Bəhramov adına Respublika stadionunda məşqin keçirilməməsi daha uyğun olar. Onların fikrincə, bu halda oyun gününə qədər meydançanı daha əlverişli vəziyyətə gətirmək mümkündü. Amma şotland mütəxəssisin bu istəyini onun həmyerliləri qəbul etməyib. “Seltik” tərəfi sabah məşqin keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Bəs, görəsən, oyun başlanana qədər meydançanın durumu hansı vəziyyətdə olacaq? İbrahimov bildirib ki, ot örtüyünə baxan mütəxəssislər onlara matç günü meydançanın durumunun yaxşılaşdırılacağını deyiblər: “İstinilən halda, ot ortüyünün vəziyyəti oyunun keçirilməsinə mane olmayacaq”.
(qol.az)