Ölkə futbolu
"Neftçi" bolqar legioneri göndərdi
"Neftçi" Türkiyə də təlim-məşq toplanışı…
"Neftçi" Türkiyə də təlim-məşq toplanışında olarkən, baxışa dəvət etdiyi bolqarıstanlı futbolçu Borislav Stoyçevlə bağlı qərarını verib. Futbolinfo.az xəbər verir ki, müdafiəçinin çıxışı baş məşqçi Samir Əliyevi qane etməyib.
Saytımıza danışan gənc çalışdırıcı, artıq Stoyçevlə vidalaşdqlarını deyib. Əliyev bildirib ki, legioner həmin mövqedə oynayan yerli futbolçulardan ciddi şəkildə fərqlənmədiyi üçün onu göndərməli olublar.
Qeyd edək ki, futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Sonuncu dəfə "Levski Sofiya"nın formasını geyinib.