Müsahibə
Samir Əliyev: "Heç kimin start heyətində yeri təmin olunmayıb"
Türkiyə toplanışından dünən qayıdan “Neftç…
Türkiyə toplanışından dünən qayıdan “Neftçi”nin baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi:
– İlk olaraq, Türkiyə toplanışının yekunlarına dair fikirlərinizi bölüşməyinizi istəyərdik.
– Ümumilikdə toplanışdan razı qaldım. Cavan uşaqlardı, hər biri həvəsli idi. Özləri də gözəl başa düşürlər ki, heç kimin start heyətində yeri təmin olunmayıb. Əlbəttə, çatışmazlıqlar var və onları tədricən aradan qaldırmağa çalışırıq. Lakin ən əsası odu ki, futbolçular səylə çalışırlar.

– Toplanışda iştirak edən Borislav Stoyçevlə bağlı yekun qərarı qəbul etdinizmi?
– Hər zaman demişəm, heyətə cəlb olunan legioner yerlilərdən daha sanballı olmalıdı. Stoyçev isə nə Elvin Bədəlovdan, nə də Rail Məmmədovdan fərqli dərəcədə üstün müdafiəçidi. Ola bilər təcrübəsi daha çoxdu. Ancaq sırf bu keyfiyyətinə görə, onu heyətə cəlb etməyi məqsədəuyğun saymadım.

– Çempionatın startına sayılı günlər qalıb. Türkiyəyə yollanmazdan əvvəl də qeyd etmişdiz ki, güclənməyə ehtiyac duyulan zəif mövqeləriniz var. Bu yöndə nə kimi işlər görüləcək?
– Bəli, transfer məsələlərində gecikmişik. Ancaq yuxarıda qeyd etdiyim kimi, hər gələni almacağıq. Qoy, çempionatın startından 2-3 tur sonra transfer reallaşdıraq, ancaq həmin futbolçu istədiyimiz səviyyədə olsun. Hər halda avqustun 31-dək transfer pəncərəsi açıqdı və bu müddət ərzində ən çox ehtiyac duyduğumuz mövqelərə yeni oyunçular cəlb etməyə çalışacağıq. Türkiyədə olarkən də bir sıra futbolçularla maraqlandıq. Ancaq bəzilərinin ustalıq səviyyəsi bizi qane etmədisə, digərlərinin irəli sürdüyü maliyyə şərtləri ilə razılaşa bilmədik.

– Məşqləri nə vaxt bərpa edəcəksiniz?
– Türkiəyədən qayıtdıqdan sonra futbolçulara istirahət vermişik. Sabahdan etibarən məşqlərə başlayacağıq. Gündə bir dəfə olmaqla, ilk turda qarşılaşacağımız “Kəpəz”lə görüşə hazırlaşacağıq.

CEYHUN ƏLİYEV