Ölkə futbolu
"Atletiko"dan "Sumqayıt"a – FOTO
Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavi…
Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. Futbolinfo.az xəbər verir ki, 1992-ci il təvəllüdlü futbolçu "kimyaçılar"la 1 illik müqavilə imzalayıb.
Amit yeni komandasında 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Ərciyəsspor" (Kayseri), "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" klublarının şərəfini qoruyub.
(Klub saytı)