Ölkə futbolu
Bitton: "Qarabağ"ın qolu hər şeyi alt-üst edəcək"
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind…
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Şotlandiyanın “Seltik” klubunun yarımmüdafiəçisi Nir Bitton hava limanında jurnalistlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, israilli futbolçu əvvəlcə Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü haqqında danışıb:
“Stadionun ot örtüyünü görməmişik. Amma haqqında eşitmişik ki, pis vəziyyətdədi. Biz bunu böyük problem etməməliyik. Çünki Şotlandiyada da stadionlar mükəmməl deyil. Səfərdə komanda oyunu göstərməliyik. Ümumiyyətlə, heç bir bəhanə lazım deyil. Fanatlarımız da məğlubiyyətə görə heç bir bəhanəni qəbul etməcəyəklər. Sadəcə sona qədər döyüşməliyik.”Qarabağ”a qarşı müdafiədə oynamaq olmaz. Çünki onların vuracağı qol hər şeyi alt-üst edəcək. İndi ən vacib məsələ mərhələni adlamaqdı”.
Bitton bildirib ki, “Qarabağ”la eyni şərtlər altında oyanyacaqları üçün stadionun vəziyətindən narahat deyil: “Şərtlər eynidi. Biz eyni şəraitdə oynayacağıq. “Qarabağ”da bu stadionda çıxış edəcək. Ona görə də narahat deyiləm. Bundan öncəki mərhələdə süni meydançada oynamışdıq və qələbə qazanmışdıq. Buna görə də problem olmayacaq”.
İsrailli yarımmüdafiəçi Bakıda havaların isti olması barədə isə bunları deyib: “Bilirəm ki. Azərbaycanda havalar istidi. Ümumiyyətlə, belə şeylər haqqında düşünmək lazım deyil. Bizim komandamızın Avropa təcrübəsi var. Özümüzü “qoca” klub olaraq rahat aparmalıyı. Böyük klub olduğumuzu göstərməliyik. “Qarabağ”da zəif rəqib deyil. Təbii ki, çox çətinolacaq".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”