Dünya futbolu
"Seltik"in məşqçisi: "Meydançanın vəziyyəti pis olsa…"
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind…
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Seltik” klubunun köməçi məşqçisi Con Kollins jurnalistlərə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, sabahkı matça yaxşı köklənməyin önəmli rol oynayacağını bildirib:
“Bizim üçün Bakıdakı matça köklənmək çox önəmlidi. Əgər bunu bacarsaq, nəticə yaxşı olacaq. Səfərdə keçirəcəyimiz oyunun baş tutacağı stadionun ot örtüyü haqqında eşitmişik. Yaxşı olardı ki, meydançada vəziyyət normal olsun. Doğurdan da, vəziyyət pis olsa, biz daha yaxşı çıxış etməyə çalışacağıq. Bakıya öncədən gedən əməkdaşlarımız stadionda vəziyyətin ürəkaçan olmadığını mənə telefonda dedilər. Bununla belə oyunun maraqlı olacağına şübhə etmirəm. Stadionun kələ-kötür olması hər iki komandaya təsir edəcək. Çünki biz də, “Qarabağ”da qısa paslarla oynamağı sevirik".
Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:30-da başlayacaq. İlk görüşdə Şotlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”