Ölkə futbolu
Tenderin qalibi bəllidi: Yayım hüququ 700 minə satıldı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol…
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalını elan olunub. Futbolinfo.az xəbər verir ki, sözügedən televiziya Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən elita klubları arasında bərabər şəkildə bölünəcək.
İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın "Youtube" (AFFA Official) kanalında yayımlanacaq. "CBC Sport" kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə – stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.
Qeyd edək ki, tenderin ilkin dəyəri 1 milyon manat idi.
(affa.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib