Ölkə futbolu
"İnter"in matçına böyük maraq
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab mat…
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində "İnter" İspaniya "Atletik"ni qonaq edəcək. Futbolinfo.az xəbər verir ki, sözügedən görüşün biletləri artıq bir neçə gündü ki, satışa buraxılıb.
Əldə etdiyimiz məlumata görə, satışa çıxarılan 3200 biletdən təxminən 2000-ə yaxını artıq öz sahiblərinə qovuşub.
Bundan başqa, oyunu işiqlandırmaq üçün İspaniyadan ölkəmizə 8 jurnalist gələcək. Komanda Bakıya çarter reysi ilə gəldiyindən, İspaniyadan buraya elə də çox azarkeşin bura təşrif buyurmayacağı gözlənilir.
Qeyd edək ki, bu gün komandaların oyunöncəsi mətbuat konfransları keçiriləcək. "Bankirlər"in baş məşqçisi Zaur Svanadze saat 20.00-da, rəqib komandanın baş məşqçisi Ernesto Valverde isə 18.30-da jurnailistlərin suallarını cavablandıracaq. Həmçinin, təmsilçimizin məşqi 20.30-da, bilbaolularınkı isə saat 19.00-da baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?