Ölkə futbolu
"Qəbələ"də ciddi itki
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab mat&…
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qəbələ" Kiprin "Apollon"unu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" vacib matç öncəsi daha bir ciddi itki ilə üzləşib.
Belə ki, "Qəbələ"nin sol cinah müdafiəçisi Rikardinyo məşq zamanı zədələnib. Dünən komandanın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı məşqini izləyən əməkdaşımızın verdiyi məlumata görə, braziliyalı futbolçu həmin hazırlıq prosesində də iştirak etməyib. "Sambaçı" "Apollon"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, Qəbələ klubunun digər zədəli futbolçusu Floresko da sabah keçiriləcək matçda iştirak etməyəcək.