Ölkə futbolu
UEFA Bakıya daha bir nümayəndə göndərir
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu &cced…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Apollon” – “Qəbələ” görüşündə yerli azarkeşlərin ədəbsizliyi UEFA-nı cavab qarşılaşmasına daha ciddi yanaşmağa məcbur edib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Avropanın ali futbol qurumu sabah baş tutacaq qarşılaşmaya əlavə əməkdaşını göndərməyi qərara alıb.
Xəbəri əməkdaşımızla söhbətdə “Qəbələ”nin baş meneceri Zaur Əzizov da təsdiqləyib: “Bildiyiniz kimi, hər oyuna 1 UEFA nümayəndəsi təyin olunur. Ancaq qarşılaşmanın gərginliyini nəzərə alan qitənin ali futbol qurumu 2 UEFA nümayəndəsindən istifadə etməyi qərara alıb”.
Qeyd edək ki, “Qəbələ”nin Tiflis “Dinamo”su ilə qarşılaşmasında da insident baş vermişdi. Məhz bu səbəbdən indi Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı da daha ciddi nəzarətə məruz qalıb. Ancaq ədalət naminə vurğulayaq ki, ilk təxribat Gürcüstandakı qarşılaşmada baş vermişdi və buna cavab olaraq, Qəbələdə qonşu ölkənin nümayəndələri layiqli cavablarını aldılar.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu