Ölkə futbolu
UEFA Cavid Hüseynovun hərəkəti ilə bağlı qərarını verdi
UEFA Kiprdə baş tutan "Apollon" – "Qəbələ" ma…
UEFA Kiprdə baş tutan "Apollon" – "Qəbələ" matçındakı hadisələrlə bağlı qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, rəqib təmsilçimizin futbolçusu Cavid Hüseynovun matçın 90+3-cü dəqiqəsində penaltini qola çevirdikdən sonra etdiyi qeyri-etik hərəkəti bağışlayıb.
Klubdan əldə etdiyimiz məlumata görə, bu hərəkətə görə Hüseynovdan UEFA-ya şikayət edən kiprlilərin iddiası boşa çıxıb. Buna səbəb Qəbələ klubunun da qitə futbol qurumuna əks arqumentlər təqdim etməsi olub.
Qeyd edək ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Apollon" – "Qəbələ" matçı 1:1 bərabərliklə başa çatmışdı. Sözügedən komandalar sabah Bakıda cavab qarşılaşmasında çıxacaqlar.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar