Ölkə futbolu
Tahir Gözəl: "Qarabağ"la fəxr edirəm"
“Möhtəşəm oyuna şahidlik etdik. Ancaq istədiyimiz nət…
“Möhtəşəm oyuna şahidlik etdik. Ancaq istədiyimiz nəticə alınmadı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi cavab qarşılaşması – “Qarabağ” – “Seltik” oyunundan (0:0) sonra açıqlama verən klub rəsmisi oyun haqqında fikirlərini bildirib:
“Unutmayaq ki, qarşımızdakı rəqib yaxın keçmişdə hətta “Barselona”nı məğlub etmiş komandadı. Bu komandada “Mançester Yunayted”də oynamış futbolçular çıxış edir. Buna baxmayaraq, “Qarabağ” Azərbaycanı cəsarətlə təmsil etdi. Oyundan razı qaldım. “Qarabağ”la fəxr edirəm”.
Yeni transferlərin çıxışı haqqında verilən suala cavab olaraq isə Tahir bəy bütün oyunçulardan razı qaldığını deyib: “Mən ayrı-ayrı oyunçular haqqında danışmaq istəmirəm, ümumiyyətlə, komandadan razı qaldım. Əsas önəmli olan baş məşçqi Qurban müəllimin fikirləridi. İnanıram ki, onlar tədricən komandaya uyğunlaşacaqlar və öz bacarıqlarını tam göstərə biləcəklər”.
(apasport.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib