Bizi izləyin

Ölkə futbolu

Vaqif Sadıqov: "Yenilər Leroy və Muaremi əvəzləyə bilmir"

Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhəl…

blank
Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ" – "Seltik" matçı ilə bağlı mütəxəssis Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi:
– "Qarabağ" – "Seltik" matçı ilə bağlı bir mütəxəssis kimi sizin də fikirlərnizi bilmək maraqlı olardı. Sizcə, təmsilçimizin mərhələ adlamasına nə mane oldu?
– "Seltik" çox yaxşı təşkil olunmuş komandadı. Dünənki oyunda inam var idi ki, təmsilçimiz birinci hissədə qol vurub, istədiyi nəticəyə nail ola biləcək. İlk yarıda "Qarabağ"ın böyük üstünlüyü var idi. Amma vaxt getdikcə, komanda davamını gətirə bilmirdi. Bəlkə də, bu ondan irəli gəlirdi ki, komanda öz azarkeşləri qarşısında qələbə qazanmağa çalışırdı. Heyfslənirəm ki, təmsilçimiz "Seltik"dən üstün oyun sərgilədiyi halda mərhələni adlaya bilmədi. "Qarabağ" böyük bir azarkeş dəstəyi ilə mübarizə aparırdı. Heyf ki, Çempionlar Liqasında ilkə imza atmaq şansı əldən çıxdı. Ancaq səmimi olaraq deyirəm ki, "Qarabağ"ın oyunu hamımızda qürur hissi keçirməyə imkan verir. Əbəs yerə deyil ki, oyundan sonra mətbuat konfransında rəqibin baş məşqçisi də "Qarabağ"ı səviyyəli komanda adlandırdı. Düzdü, komandada problemlər var. Fikrimcə, problemlərdən yox, müsbət cəhətlərdən danışmaq lazımdı. Çünki qarşıda "Qarabağ"ı Avropa Liqasının pley-off matçları gözləyir. İnanıram ki, bizi sevindirib, qrupa vəsiqə qazanacaqlar. 
– Sizcə, "Qarabağ" nədə bacarmadı? Səviyyə fərqi və ya başqa amillər vardı?
 – Meydanda çox etibarlı və yaxşı təşkil olunmuş bir rəqib var idi. Biz "Qarabağ" tərəfdən "Seltik"in müdafiəsini yarmaq üçün atılan addımları görə bilmədik. Bəlkə də, əvvələr heyətdəki bəzi futbolçuların fərdi ustalığı sayəsində buna nail olmasına öyrəşmişik. Bu gün "Qarabağ" komanda oyunu ilə seçilir. Əvvələr Reynaldonu, Muaremi, Leroyu, Almeydanı qeyd edirdiksə, indi "Qarabağ" komanda şəklində güclüdü. Məncə, görülən hər bir işə vaxt lazımdı. Rəqib 2 oyunun nəticəsini həll etmək üçün meydana çıxmışdı və ancaq müdafiə olunub, əks-hücumlarda "Qarabağ"ı yaxalamağa çalışırdı. İlk hissədə biz demək olar ki, "Seltik"i meydanda görə bilmədik. Futbol daima inkişaf edir, irəli gedir. Fikrimcə, "Qarabağ"da bu inkişafla ayaqlaşmalıdı. Məncə, biz "Qarabağ"ın oyunlarını sırf avrokuboklardakı matçlarına əsasən, müqayisə edə bilərik. Ölkə çempionatında "Qarabağ" aşkar liderdi və demək olar ki, rəqibsizdi. Əvvələr də bildirmişəm ki, "Qarabağ" ölkə çempionatında sərgilədiyi oyunu, avrokuboklarda göstərə bilmir. Bu da ondan irəli gəlir ki, Premyer Liqada güclü rəqabət yoxdu. Ona görə də biz "Qarabağ"ı avrokuboklardakı oyunlarına əsasən müqayisə etməliyik. Arzum budu ki, "Qarabağ" gələcəkdə Avropa səviyyəli komanda olsun, hamını sevindirsin, böyük uğurlara imza atsın. Buna görə də daimi olaraq inkişaf etməliyik.
– Komandada ən çox güvənilənlərdən olan Riçard Almeyda oyun ərzində təxminən, 20-ə yaxın səhvə yol verdi. Sizcə, bunu həlledici məqam saymaq olarmı?
– Almeydanın səhvləri ondan irəli gəlir ki, rəqib rahat futbol oynamağa imkan vermirdi. Sizdən də xahiş edirəm ki, bu gün mənfi tərəflər axtarmayaq. Çünki "Seltik" çox yaxşı təşkil olunmuş komanda idi. Rəqib hesabı qorumaq üçün çalışırdı və buna nail oldu. Düzdü, "Qarabağ" lazım olan nəticəni əldə etmək üçün hücumçuların da sayını artırdı. Lakin nəticə əldə edə bilmədi. Bunu sırf Almeyda və ya digər oyunçuların səhvi ilə bağlamaq olmaz. Hesab edirəm ki, "Qarabağ" güclü Avropa klublarından birinə çevrilməsi üçün onların inkişaf səviyyəsindən geri qalmamalıdı. Bunun üçün də ilk növbədə ölkə çempionatının səviyyəsi qalxmalıdı.
– Əl-Jadeyaou oyunu ilə "Qarabağ"a kömək edəcək səviyyədə görünmür. Bu fikirlə razısınızmı?
– Xeyr, mən bu sözü qəbul etmək istəmirəm. Hələlik deyə bilərəm ki, o, komandanın oturuşmuş oyun modelinə uyğunlaşmayıb. Amma bu futbolçunun komandaya nə dərəcədə lazım olub-olmayacağını zaman göstərəcək. Reynaldo da ilk vaxtlarında tamamilə fərqli oyun göstərirdi. Reynaldo komandada liderə çevrilməklə özünün ən yaxşı keyfiyyətini nümayiş etdirdi. Bəlkə də, onun da potensialı var ki, gələcəkdə komandanın liderinə çevrilsin. Hələlik, onun komandaya uyğunlaşma prossesi bir az da yubanıb. Mən ilk matçdan sonra da bildirmişdim ki, yenilər hələ ki, Leroy və Muaremi lazımi səviyyədə əvəz edə bilmir. 
– Amma onlar uyğunlaşana kimi uğur da əldən gedir. Bunu da nəzərə almaq lazımdı…
– Tamamilə düzdü. Sizinlə razıyam. Bu futboldu, bir anın içində heç nə həll olunmur. Atılan hansısa addımlarda səhv etmək olmaz və düz qərar verilməlidi. Qurban Qurbanov bir neçə oyunçunu nəzərdən keçirib, sonda bu futbolçunun üzərində dayanıb. Futbol bir yerdə dayanmır, daim inkişaf edir. Məncə, "Qarabağ" yeni futbolçular axatarıb, bundan da güclü olacaq. Biz "Qarabağ"ı Avropanın səviyyəli komandaları ilə müqayisə edib, hansısa qərarlar verə bilərik. Ölkə çempionatındakı oyunlara əsasən, müqayisə aparsaq bu, sonda yanlış nəticələr verə bilər. 
– Komanda 4 matçda cəmi 1 qol vura bilib. Sizcə, bu da zəif göstərici deyil?
– Bəli, bundan öncə zəif "Rudar"la oyunda da komanda nəinki qol vurmaq, hətta qol epizodu yaratmaqda çətinlik çəkirdi. Hücum potensialı heyət baxımından qorunub saxlanılsa da, lazımı kəsərlilik, aqressivlik qalmayıb. Bayaq da qeyd etdiyim kimi, futbol bir yerdə dayanmır, inkişaf edir. "Qarabağ"a bir məsləhət vermək istəyərdim ki, bu inkişafla ayaqlaşmaq lazımdı. Ona görə də komanda öz nüfuzunu, Avropa simasını qoruyub saxlasın və bundan da böyük uğurlara imza ata bilsin. 
– "Qarabağ" cari avrokuboklarda Bakıda da qol vura bilməyib. Sizcə, bu vəziyyətdə Avroliqanın pley-off mərhələsində nəyə ümid etmək olar?
– Bəli, nəticə əldə etmək üçün mütləq qol vurmaq lazımdı. Amma bu o demək deyil ki, dünənki qarşılaşmadakı kimi bütün hücum potensialını meydana buraxıb, qol vurmaq olar. Məncə, qol vurmaq üçün komanda şəklində hücumda çoxluq yaratmaq vacibdi. Bunu komanda dərk edib, başa düşür. Gəlin inanaq və arzulayaq ki, komanda pley-offda müsbət nəticə qazanıb, ötən mövsümkü uğurunu təkrar edəcək. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm