Ölkə futbolu
UEFA reytinqi: Serblərə çatıb, Slovaklardan uzaqlaşdıq
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cava…
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz ölkəmizin UEFA klub reytinqinə cəmi 0.375 xal əlavə edə biliblər.
Belə ki, “Atletik”lə bərabərə qalan “İnter” hesabımıza 0.125 xal yazıb. Qalan 0.250 xalı isə “Apollon”u məğlub edən “Qəbələ” qazanıb. Bununla da, 54 ölkə arasında 29-cu olan Azərbaycanın hesabında 12.875 reytinq xalı var. Hazırda 28-ci pillədə olan Serbiya ilə xallarımız bərabərləşdi. Sadəcə, rəqib cari mövsümdə yığılan xalların cəmində ölkəmizi qabaqladığı üçün hazırda 1 pillə irəlidədi.
Bizdən 1 pillə arxada Slovakiya isə bu gün aktivinə xal əlavə edə bilmədiyinə görə ölkəmizlə aradakı fərq bir az da artıb. Hazırda, slovakların aktivində 11.500 xal var.
Bundan başqa, təmsilçilərmizdən biri cari mövsümdə ən azı 1qələbə və ya matçda 2 bərabərə qalsa, Azərbaycan birdən-birə 2 pillə irəliləyəcək. Buna səbəb 13.125 xala 26 və 27-ci pillədə olan Bolqarıstan və Sloveniyanın avrokuboklarda heç bir təmsilçinin mübarizəni davam etdirməməsidi. Əgər bu baş verərsə, ölkəmiz tarixində ilk dəfə bu qədər irəli getmiş olacaq.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin hesabına “Qarabağ” 0.375, “Neftçi” 0.250, “İnter” 0.750, “Qəbələ” isə 0.875 reytinq xalı əlavə edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…