Müsahibə
"Atletik"in futbolçusu: "Heç-heçə ədalətli nəticədi"
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. F…
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ilk oyunda İspaniya "Atletik"inə 2:0 hesabı ilə uduzan təmsilçimiz "İnter" evdə rəqibi ilə qolsuz bərabərə qalaraq, mübarizəni dayandırıb.
Matçdan sonra Bilbao klubunun müdafiəçisi Mikel San Xosenin futbolinfo.az-a müsahibə verib:
– Bu oyunda “İnter” sizi təəccübləndirə bildi?
– Çətin oyun olacağını bilirdik və belə də oldu. Hər iki komandanın şansları var idi. Qeydə alınan heç-heçə ədalətli nəticədi.
– Çətin oyun olacağını bilirdik və belə də oldu. Hər iki komandanın şansları var idi. Qeydə alınan heç-heçə ədalətli nəticədi.
– İlk matçdakı nəticədən sonra arxaınçılıq vardımı? Ümumiyyətlə, bu qarşılaşmada hansısa taktiki dəyişiklikdən istifadə etdinizmi?
– 2:0 aldadıcı hesabdı, arxayınlaşmaq olmaz. Bakıdakı görüşün çətin keçəcəyini bilirdik və belə də oldu. Hər hansı bir yanlışlıq hesabı dəyişə bilərdi.
– 2:0 aldadıcı hesabdı, arxayınlaşmaq olmaz. Bakıdakı görüşün çətin keçəcəyini bilirdik və belə də oldu. Hər hansı bir yanlışlıq hesabı dəyişə bilərdi.
– “İnter”in sayılmayan qolu haqda nə deyə bilərsən? Həmin epizodda səncə, hakim haqlı idimi?
– Düzü, hələ təkrarı görməmişəm. Amma deyilənə görə hakim düzgün qərar verib. Əgər referi belə deyibsə, bunu qəbul etməliyik.
– Düzü, hələ təkrarı görməmişəm. Amma deyilənə görə hakim düzgün qərar verib. Əgər referi belə deyibsə, bunu qəbul etməliyik.
– İspaniya və Azərbaycan arasında saat fərqinin çox olması oyununuza nə dərəcədə təsir göstərdi?
– Artıq belə saat dəyişikliyinə öyrəşmişik. 2 gündü Bakıdayıq və bu bizə kömək etdi.
– Artıq belə saat dəyişikliyinə öyrəşmişik. 2 gündü Bakıdayıq və bu bizə kömək etdi.
– Son olaraq, Azərbaycan haqda təəssüratlarını bilmək maraqlı olardı…
– Buranı gəzmək üçün çox vaxtımız olmadı. Ancaq ilk baxışdan şəhərnizin müasir olduğu hiss olunur. Ən əsası burdan razı gedirik.
– Buranı gəzmək üçün çox vaxtımız olmadı. Ancaq ilk baxışdan şəhərnizin müasir olduğu hiss olunur. Ən əsası burdan razı gedirik.
ƏKBƏR
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar