Bizi izləyin

Ölkə kuboku

“Bakılı qədeş”in benefisi

Diqqət Nyona! Bu gün Azərbaycan futbol icitmaiyyətinin ür…

blank
Diqqət Nyona! Bu gün Azərbaycan futbol icitmaiyyətinin ürəyi “Qarabağ” və “Qəbələ” üçün döyünəcək. Ağdam təmsilçisindən fərqli, Roman Qriqorçukun “gəmi”si ötən axşam bütün aysberqlərdən ustalıqla yayındı. Doğrudu, cümə axşamı “İnter” də Avropa Liqasında çıxış edirdi. Ancaq paytaxt təmsilçisi edama məhkum müttəhim obrazı ilə hələ püşkatmanın nəticələri bəlli olduqdan sonra barışmışdı. 
İspaniya “Atletik”i ilə ilk oyunda 0:2 məğlub olan Zaur Svanadzenin yetirmələri cavab qarşılaşmasında qismən də olsa, “qapını çırpdılar”. Bilbao təmsilçisi ilə oyunda qolsuz bərabərliyə qalan Azərbaycan vitse-çempionu, klub reytinqimizi 0.125 xal artırdı. 
Ancaq bütün hallarda, ötən gün “Qəbələ”nin gecəsi idi. Roman Qriqorçukun yetirmələri həm öz, həm də Azərbaycan adına tarixi nailiyyətə imza atdılar. İndiyədək bir dəfə də olsun ermənipərəst Kipr təmsilçiləri ilə qarşılaşmalarda Azərbaycan klubları doğma “divarlar arası”nda qələbə qazanmamışdılar. Ancaq bu dəfə bacardılar. İkinci təsnifat mərhələsindən sonra “pley-offa yüksəlsək, mətbuat konfransına əsl Bakı “qədeş”i kimi – “aerodrom”da gələcəm”, deyən Qriqorçuk heç də bu papağın vurğunu deyil. Ancaq əminəm ki, “Bakcell Arena”da final fiti səslənədək, jurnalistlərin önünə “aerodrom”da çıxmaq üçün alışıb-yanırdı. Onu çılğın qafqaz alqışı ilə qarşılayan media mənsubları həmin an bilmirdilər ki, sıralarında ukraynalı həmkarları da yer alıb. Elə həmin alqışlar, daha sonra Qriqorçukun Azərbaycan və azərbaycanlılar haqda həmyerlilərinə ağızdolusu danışması və nəhayət, “Apollon”un həyasız baş məşqçisinin əvvəlcə kiprli jurnalistlərlə danışmaq istəməsinə azərbaycanlı KİV təmsilçilərinin boykot qərarı bizim media haqda Ulraynada olduqca müsbət fikir formalaşdırmasının bünövrəsini qoydu…
Qələbə haqda yazmağa nə var ki!? Nə olsun ki, səhərə az qalıb. Təki qələbə olsun, təki bu cür anlara görə yuxumuza haram qatıb, futbolsevərlərimizə xoşbəxt anlar yaşadan oyun barədə yazaq. Təəssüf ki, polis əməkdaşları yenə hamının əhvalını korladı. Ancaq bunun da bir sonu olacaq. Kütləyə qarşı edilən bu vəhşiliyin mütləq sonu olacaq. Çünki kütlə – seldi! 
Oyuna rüzgar kimi başlayan “Qəbələ” “Apollon”u şoka salmışdı. Antonovun 30 sm-likdən boş qapıya vurmadığı top, Caviddən super-ötürmə alan Zenyovun qapıçını aldadıb, topu boş qapıya ünvanlamaq əvəzinə, bir başa zərbə endirərək, şansını qaçırdığı epizod, Hüseynovun təkbətək zamanı “paraşüt” zərbəsinin qapının üstündən keçdiyi vəziyyət – bunlar ancaq ilk yarıda əldə edilən 100 faizli qol epizodları idi. Hələ nə qədər təməldə cüzi səhvə yol verildiyi üçün sağa-sola xərclənən şansları xatırlamaq olar. Adalılar da ara-sıra dişlərini göstərirdi. Aleksin zərbəsindən top “doqquzluğ”u yalayaraq, meydanı tərk etdi. Çərçivəyə getsəydi, gecənin qəhrəmanı – Bezotosnı da komandasını qoldan xilas edə bilməyəcəkdi. 
Bəli, ukraynalı əlcək sahibi, gecənin qəhrəmanı idi! Oyuna baxan görüb, baxmayan videotəkrarlarına baxıb görəcək. Çünki Dimanın həmin 2 qurtarışı barədə yazmaq düzgün deyil. Bunu görmək lazımdı! Özü də həmin epizodlar türklər demiş, “matçın kader anı” oldu. 
Artıq ikinci dəfədi “Qəbələ”nin heyətində görünən Ermin Zets barədə də bir neçə kəlmə deməliyik. Bu forvard Antonovu əvəzləməklə meydana daxil olsa da, tezliklə əsas heyət üzvünə çevriləcək. Antonov isə… yəqin ki, onunku qışa qədərdi. Legionerlərdən söz düşdükdə, “Qəbələ”nin ən uğurlu futbolçu transferi Zenyovdu. Estoniya millisinin futbolçusu daha bir rəqibə “iynə vurdu”! Axı referinin təyin etdiyi penalti məhz Sergeyin zərbəsini Saçettinin əllə dəf etdiyinə görə baş verdi.
Aleksey Qay haqda da bir neçə kəlmə deməyə zərurət var. Sement markalarının keyfiyyəti haqda dərin biliklərə sahib olmasaq da, Qayın “Qəbələ”nin müdafiə və yarımmüdafiə xətləri arasındakı sement rolunu əla ifa etdiyini söyləməliyik. Alyoşanın soyuqqanlı oyunu komanda yoldaşlarına da öz müsbət təsirini göstərir.
Nəhayət, Cavid Hüseynova da növbə çatdı. Aldığı sarı vərəqə onu Avroliqanın pley-off mərhələsinin ilk oyunundan məhrum etdi. Cari avrokubok mövsümündə 4-cü dəfə fərqlənən “14 nömrə” əsəblərinə sahib dura bilməməsi ilə mütləq mübarizə aparmalıdı. Karyerasının ən parlaq mövsümünü keçirən mərkəz yarımmüdafiəçisi dünənki oyunda bacardığının hamısını ortaya qoya bilmədi. Özü də tək Cavid yox, meydana çıxan hər bir azərbaycanlı futbolçu emosiyalara qapılmışdı. Başa düşmək olar. Ancaq bir azərbaycanlı kimi. Meydanda bacardığının ən yaxşısını etmək istəyirsənsə, emosiyalarını saxla oyundan sonraya. Çünki nəticədə daha böyük qəhramana çevrilməyinə özün əngəl olursan. Bu sözləri üzümüzü Cavidə tutub, bütün azərbaycanlı uşaqlara ünvanlayırıq. İstər Rəşad Sadiqov olsun, istər qırmızı vərəqə alaraq, komandasını pis vəziyyətdə qoyan Ürfan Abbasov.
Ancaq bütün əsəbi məqamlara baxmayaraq, “qırmızı-qaralar”ın heyətində soyuqqanlılığı, sürəti, əzmkarlığı ilə seçilən Dodonu da qeyd etməliyik. Yuxarıda penalti epizodunun yaranmasında son akkordu Zenyovun vurduğunu söyləmişdik. Ancaq həmin epizoda aparan yolun cığıraçanı Dodo olduğunu da qeyd etməliyik. Topla təqribən 40 metr irəliləyən braziliyalı yarımmüdafiəçi tək həmin epizodda deyil, 90 dəqiqə ərzində sözün yaxşı mənasında öz döyüşkənliyi ilə seçildi.
Son abzası isə Qriqorçuk haqq edib. Onun rəhbərliyi altında komandası avrokuboklarda 3-cü ev oyunundan da qələbə ilə ayrıldı. Maraqlıdı ki, Tiflis “Dinamo”su ilə oyunda olduğu kimi, yenə də qələbə topu son dəqiqələrdə gəldi. Bu isə “Qəbələ”nin fiziki durumunun yaxşı vəziyyətdə olmasından xəbər verir. Sərgilənən futbol baxımından da Qriqorçukun komandası gündən-günə artırır. Qriqorçuk və komandasına bu qələbə çox yaraşırdı. Ancaq bu, eyforiyaya qapılmağa əsas vermir. Növbəti rəqibin bilinməsinə 12 saatdan da az vaxt qalıb. Deməli, yarım günlük sevincdən sonra, növbəti şanlı səhifənin yazılması üçün işləmək lazımdı. “Bakılı qədeş” isə əməksevər insandı. Axı indi onun üçün həqiqət anıdı – ilk dəfə Azərbaycan çempionu olmayan klub Avropa Liqasının qrupuna düşə bilər. Haydı, “bakılı qədeş”, bir addım qaldı!
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:13

“Sabah” “Araz-Naxçıvan”a qalib gəlir – YENİLƏNİR

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm