Ölkə futbolu
Merino: "Bu, matçın əvvəlindən də hiss olunurdu"
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. F…
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ilk oyunda İspaniya "Atletik"inə 2:0 hesabı ilə uduzan təmsilçimiz "İnter" evdə rəqibi ilə qolsuz bərabərə qalaraq, mübarizəni dayandırıb.
Sözügedən oyundan sonra Bilbao klubunun hücumçusu Sabin Merino saytımıza saytına açıqlama verib:
“Çətin oyun olacağını bilirdik. Bu, matçın əvvəlindən də hiss olunurdu. Amma tədricən topa daha çox sahib olub, öz oyunumuzu oynamağa başladıq. Yekunda bərabərlik qeydə alınsa da, əsas odu ki, mərhələni adlaya bildik. Qol vurub rahat oynamaq istəyirdik. Amma bunu bacarmadıq. Əsas olan mərhələni adlamaq idi ki, buna da nail olduq".
23 yaşlı forvard Bakı təmsilçisindən də söhbət açıb: “İnter” bu gün yaxşı mübarizə apardı, gözəl oyun nümayiş etdirdilər. Bizə çətinlik yarada bildilər. Hətta bir neçə epizodda qola da yaxın oldular”.