Müsahibə
"Polis dəyənəyi bizi “Qəbələ”dən ayıra bilməz"
Dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cav…
Dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Qəbələ” – “Apollon” (Kipr) görüşündən sonra polislərin meydan sahiblərinin azarkeşlərini vəhşicəsinə döyməsi barədə kifayət qədər məlumat vermişik. “Bakcell Arena”da baş tutan oyundan sonra başverənlərlə bağlı hadisə zamanı döyülənlərdən biri – “Qəbələ” fan-klubunun rəhbəri Elvin Qurbanova tribuna verməyi qərarı aldıq. Qurbanov ilk olaraq, hadisəyə qədər nəyin baş verdiyini nəql etdi.
– Komandamız ermənipərəst Kipr təmsilçisini məğlub etdi. Buna necə sevinməmək olar?! Təbii ki, tribunalarda bir-birimizə sarmaşır, qələbə sevincini bölüşürdük. Müxtəlif şüarlar səsləndirirdik. Nədi-nədi tribunada bayram əhval-ruhiyyəsində idik, bizi döyməyə başladılar ki, oyun qurtarıb, boşaldın buranı! Dəyənəklə döyürdülər.
– Neçə nəfər xəsarət aldı?
– Qəbələdən 300 azarkeş gəlmişdi. Demək olar, hamısı döyüldü. Ancaq 3 fanat daha ciddi xəsarət aldı. Fanatlarımızdan birini tribunadan kəllə-mayallaq aşağı atdılar. Həmin 3 azarkeş xəstəxanaya yerləşdirildi. Ancaq aqibətlərini oyrənənədək, əlbəttə ki, stadionun ətrafını tərk edə bilməzdik. Lakin polislər buna da imkan vermədilər. Bizi döyə-döyə avtobuslarımıza mindirdilər.

– Hazırda xəsarət alan azarkeşlərin vəziyyəti necədi?
– İkisi evə buraxılıb. Ancaq biri hələ də xəstaxanadadı.
– İkisi evə buraxılıb. Ancaq biri hələ də xəstaxanadadı.
– Qeyd etdiniz ki, tribunanı gec tərk etdiyinizə görə polis sizləri döyməyə başlayıb. Axı dayanan yerdə polis insanı döyməz.
– Vallah heç nə eləmirdik. Oyundan əvvəl bizə deyildi ki, heç bir ölkənin bayrağını cırmayın, yandırmayın, özünüzü nümunəvi aparın. Hətta təhqiredici şüar belə səsləndirmədik. Kimsə artıq-əskik söz demək istəyəndə, qarşısını aldıq. Əvəzində bizi bu günə saldılar. Adamı yandıran odu ki, bizdən üst mərtəbədə kiprli 15-20 fanat əyləşmişdi. Onların gözü qarşısında Azərbaycan polisi Azərbaycan vətəndaşlarını belə alçaltdı.

– Sonda bu hadisənin sizləri tribunalardan küsdürməyəcəyini soruşmaq istəyərdik?
– Biz ora polisə görə getmirik. Biz qəbələliyik. Heç bir polis dəyənəyi “Qəbələ” fanatlarını tribunalardan kənar qoya bilməz!
– Biz ora polisə görə getmirik. Biz qəbələliyik. Heç bir polis dəyənəyi “Qəbələ” fanatlarını tribunalardan kənar qoya bilməz!
FƏRİD
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”