Ölkə futbolu
İlk qələbəmizin şahidləri
İsveçrə klubları avrokuboklarda çox az hallarda qarş…
İsveçrə klubları avrokuboklarda çox az hallarda qarşılaşdığımız rəqiblərdəndi. Əbəs yerə deyil ki, indiyədək mərkəzi avropalılarla klub səviyyəsində cəmi 1 dəfə rastlaşmışıq. "Qarabağ"ın rəqibi "Yanq Boyz" isə ikinci olacaq.
Bu hal 2009-cu ilin yayına təsadüf edir. Həmin vaxt "Bakı" adıçəkilən ölkənin ən güclü komandalarından biri olan "Bazel"lə qarşılaşmışdı. Sonluq təmsilçimiz üçün heç də yaxşı olmamışdı. Paytxatda baş tutan ilk qarşılaşmada "zolqalılar" hesabı açsa da, sonradan rəqib 6 dəqiqə ərzində təmsilçimizin qapısına 3 dəfə yol tapa bilmişdi. Cavab matçında qeydə alınan nəticə daha pis olmuşdu – 5:1.
Maraqlıdı ki, həmin "Bakı" da məhz "Qarabağ" kimi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırıb, pley-offda İsveçrə təmsilçisi ilə qarşılaşmışdı.
Qeyd edək ki, İsveçrə yığması Azərbaycan futbol tarixində də özünə məxsus yer tutur. Belə ki, millimiz rəsmi oyunlarda ilk qələbəsini məhz bu ölkə üzərində qazanıb. DÇSO-1998 çərçivəsində keçirilən matç həm də Bakıda baş tutan ilk rəsmi qarşılaşma kimi də tarixə düşüb. Cavab matçında isə isveçrəlilər yığmamızı 5:0 hesabı ilə darmadağın etmişdi.