Premyer-liqa
"Zirə" konsertlə başlayacaq
Azərbaycan Premyer Liqası konsertlər start götürəcək. F…
Azərbaycan Premyer Liqası konsertlər start götürəcək. Futbolinfo.az xəbər verir ki, şənlik Zirədə baş tutacaq.
Belə ki, bu ildən elitada çıxış edəcək qəsəbənin eyni adlı komandasının ilk turdakı AZAL matçından öncə reallaşacaq. Konsert Zirə İdman Kompleksində baş tutacaq. Saat 20:00-da start götürəcək tədbir paytaxt təmsilçisinin yaradılmasının 1 illiyi ilə əlaqədardı. Ardınca isə saat 21:00-da "qartallar" Azərbaycan Premyer Liqasında ilk matçlarına çıxacaq.
Qeyd edək ki, zirəlilər ötən mövsüm Azərbaycan 1-ci divizionunda 5-ci yerə çıxsa da, AFFA bu komandanın Premyer Liqaya yolunu açıb.