Ölkə futbolu
“Qəbələ” üçün Nikoloaidis
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”ni…
Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstan “Panatinaikos”u 1908-ci ildə yaradılıb. Futbolinfo.az xəbər verir ki, 107 yaşlı Afina təmsilçisi bu müddət ərzində 20 dəfə Yunanıstan çempionu adını qazanıb.
Komanda 17 dəfə ölkə Kubokuna sahib çıxıb. “Panatinaikos” sonuncu dəfə ölkə daxilində 2010-cu ildə titul qazanıb. Özü “qızıl dubl” etməklə.
Qitəmiqyaslı turnirlərdə Roman Qriqorçukun komandasının rəqibi finaladək irəliməyi bacarıb. Bu, 1971-ci ildə Çempionlar Liqasında baş tutub.
Rəqiblərini Apostolos Nikolaidis stadionunda qəbul edən “Panatinaikos” 16220 tamaşaçı qarşısında oynayır. Komandanın forması “ağ-yaşıl”dı.