Premyer-liqa
Qriqorçuk: "Futbolçularım əsl kişi kimi davrandılar"
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulub. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Qarabağ"la 2:2 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk bu sözləri deyib:
“Düşünürəm ki, bu gün meydançada yaxşı futbol gördüm. “Qarabağ” barədə nəsə demək istəmirəm. Öz futbolçularım barədə danışarkən onu deyim ki, onlarla fəxr edirəm. Futbolçular meydançada əsl kişi kimi davrandılar. Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardı. Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi”.
(pfl.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza