Ölkə futbolu
Cavid Hüseynov həbs olundu
Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində Azər…
Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində Azərbaycan millisinin futbolçusu Cavid Hüseynovun həbsi barədə qərar verilib. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb və futbolçu barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Futbolinfo.az musavat.com-a istinadən xəbər verir ki, C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 – cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.
***
Vəkil Adəm Məmmədov "Qafqazinfo"ya açıqlamasında Cavid Hüseynovla bağlı məhkəmənin 3 ay həbs qətimkan tədbiri seçdiyini bildirib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar