Dünya futbolu
"Fənərbaxça"nın futbolçusuna qarşı silahlı hücum – FOTO
Türkiyə yığmasının və “Fənərbaxça”nın…
Türkiyə yığmasının və “Fənərbaxça”nın futbolçusu Məhmət Topal bədbəxt hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi silahlı hücuma məruz qalıb.
Türkiyə mətbuatının yazdığına görə, bu gün məşqdən çıxıb evə gedərkən bir avtomobil tərəfindən izlənilib. Klubun "Samandra" bazası yaxınlığında futbolçu maşınını saxlayarkən, ona tərəf 3 dəfə atəş açılıb. Xoşbəxtlikdən avtomobilin şüşələri gülləkeçirməz olub və Məhmət heç bir xəsarət almayıb. Polis hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb.
Qeyd edək ki, bu ilin aprelində “Fənərbaxça”nın avtobusu da silahlı hücuma məruz qalmışdı.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı