Ölkə futbolu
"Xəzər Lənkəran" başladı – FOTO
Topaz Premyer Liqasının 1-ci turunda “İnter” üzər…
Topaz Premyer Liqasının 1-ci turunda “İnter” üzərində qazandığı qələbə sonrası sərbəst buraxılan “Xəzər Lənkəran” dünən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" günün ikinci yarısında toplanıb.
Saat 19:00-da isə zədəli Sadio Tounkara istisna olmaqla, bütün heyətlə məşqə başlayıb. Stadionun ehtiyat meydançasında keçirilən hazırlıq prosesi əsasən fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olub.
Məşqdən az öncə Bakıdan Lənkərana gələn Limam Seydi komanda yoldaşlarına qoşulub. Hazırlıq fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi Melkiore Covanninin rəhbərliyində keçirilib.
Qeyd edək ki, Cənub təmsilçisi 2-ci turda "Sumqayıt"ın qonağı olacaq.
(12cioyuncu.info)