Ölkə futbolu
"Qəbələ"yə ingilis, "Qarabağ"a israilli hakim
Avropa Liqasının pley-off mərhələsində ölkəmizi təmsil ed…
Avropa Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edəcək Qarabağ" və "Qəbələ"nin ilk oyunlarını idarə edəcək hakimləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, səfərdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin matçı Alon Yefetin rəhbərlik etdiyi israilli hakimlər briqadasına tapşırılıb. Ona Danni Krasikov, Mahmud Mahaqna kömək edəcək.
Bundan başqa, Yunanıstan "Panatinaikos"unu qəbul edəcək "Qəbələ"nin qarşılaşmasını isə ingiltərəli hakimlər idarə edəcək. Görüşdə əsas hakim funkisyasını Andre Marriner daşıyacaq. Simon Bennett, Li Betts bu matçda laysman kimi fəaliyyət göstərəcək. 4-cü hakim isə Robert Madli olacaq.
Qeyd edək ki, hər iki görüş də avqustun 20-də baş tutacaq.