Ölkə futbolu
"Qarabağ" İsveçrəyə "casus" göndərdi
Dünən İsveçrə Super Liqasında 5-ci turun oyunları ke&…
Dünən İsveçrə Super Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, evdə "Luqano" ilə qarşılaşan "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz" 0:1 hesabı ilə uduzub.
Əldə etdiyimiz məlumata görə, bu matçı stadiondan izləyənlər arasında Ağdam klubunun nümayəndələri də olub. Belə ki, məşqçi Elçin Rəhmanov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "arılar"ın məğlubiyyətinin şahidi olub.
Qeyd edək ki, sözügedən komandalar arasındakı oyunlar avqustun 20-də və 27-də keçiriləcək.