Dünya futbolu
"Fənərbaxça"dan növbəti transfer
Luiş Nani və Robin van Perse kimi dünya ulduzlarını heyətin?…
Luiş Nani və Robin van Perse kimi dünya ulduzlarını heyətinə qatan “Fənərbaxça” transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, İstanbul klubu bu dəfə “Bursaspor”un futbolçusu Ozan Tufanla anlaşıb.
Türkiyə mətbuatının yazdığına görə, “sarı-lacivərtlilər” 20 yaşlı yarımmüdafiəçi üçün Bursa təmsilçisinə 8 milyon avro ödəyib. Tərəflər 4 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü "ağ-yaşıllar"ın yetirməsidi.