Dünya futbolu
"Atletiko"dan yeni müqavilə
Madrid "Atletiko"su aparıcı futbolçusu Dieqo Qodinl…
Madrid "Atletiko"su aparıcı futbolçusu Dieqo Qodinlə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti daha 1 il uzadılıb.
İspaniya mətbuatının yazdığına görə, əvvəli anlaşmasının müddəti 2018-ci ildə başa çatacaq uruqvaylı futbolçu, bununla da, 2019-cu ilə qədər "Atletiko"nun şərəfini qoruyacaq.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2010-cu ildən La Liqa klubundadı.