Ölkə futbolu
Nazarovun komandası ilk qələbəsini qazandı
Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçiri…
Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "FSV Frankfurt"la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov 67-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 3 xalla 9-cu pillədə qərarlaşıb.