Ölkə futbolu
Eratsız "Fortuna" büdrədi
Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçiri…
Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Haydenhaym”la qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 1 xalla 14-cü pillədə qərarlaşıb.