Ölkə futbolu
"Neftçi"dən yeni transfer – FOTO
“Neftçi” slovakiyalı qapıçı Mixal Peskovi…
“Neftçi” slovakiyalı qapıçı Mixal Peskoviçlə müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, qapıçı 6 ay müddətinə "ağ-qaralar"ın formasını geyinəcək.
Peskoviç “Neftçi”yə gəlməmişdən öncə Polşanın “Podbeskidze” klubunda çıxış edib. Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub.