Müsahibə
Qurbanov: "Onlardan heç nəyi gizlətmək fikrim yoxdu"
Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
Bayıldakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
– Hava isti idi. "Rəvan" yaxşı komanda formalaşdırıb. Qısa zaman kəsiyində bu cür sürətli futbol oynamağa nail olublar. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Qələbə sevinirik, Emin Quliyevin komandasınını isə istənilən rəqibə başağrısı olacağını düşünürəm.
– Əvəzetmə zamanı hakimdən bir qədər gözləməyi istədiniz. Bu, nə ilə bağlı idi?
– Əfranın cərimə zərbəsini yerinə yetirməsini istəyirdim.
– Əfranın cərimə zərbəsini yerinə yetirməsini istəyirdim.
– Transfer etmək istədiyiniz futbolçu varmı?
– İstəyirik bir müdafiəçi və bir hücumçunu sıralarımıza qataq. Transfer pəncərəsi bağlananadək 1-2 futbolçuyla anlaşmaq niyyətindəyik.
– İstəyirik bir müdafiəçi və bir hücumçunu sıralarımıza qataq. Transfer pəncərəsi bağlananadək 1-2 futbolçuyla anlaşmaq niyyətindəyik.
– "Yanq Boyz" nümayəndələrinin oyunda olmasını nəzərə alaraq, nələrisə gizlətməyi çalışdınızmı?
– Heyətdə yeni cəlb etdiyimiz 8 oyunçu start heyətdə yer almışdı. Gələcək qarşılaşmalarda da onlara şans verəcəm. Düşünmürəm ki, rəqib ancaq bir görüşümüzə bizi təhlil edəcək və nəticə çıxaracaq. Kifayət qədər oyunlarımızı izləyəcəklərini bilirəm. Bu səbəbdən də isveçrəlilərdən heç nəyi gizlətmək fikrim yox idi.

– Larbi (Əl Hərbi El Jadeuyi) və Puppon nə vaxt "Qarabağ"ın adına layiq futbol ortaya qoyacaqlar?
– Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Əsas odu ki, hər iki futbolçu istəklidirlər. Ancaq müxtəlif çempionatlardan gələn futbolçular üçün adaptasiyaya ehtiyac var. Biz onların ən üstün keyfiyyətlərindən istifadə etməyə çalışırıq.

- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar