Premyer-liqa
Əhmədov: "Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindi"
Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
"Dalğa Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“Vəziyyətimizi başa düşmək lazımdı. Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindi. Buna baxmayaraq, bu gün biz “Qəbələ”dən geri qalmadıq. Təhlükəli hücumlar qurmağa çalışdıq. Amma qol vura bilmədik. Heyətdə çox sayda çatışmazlıqlarımız var. Hücumda, müdafiədə problemlərimiz yetərincədi. Düşünürəm ki, son vaxtların ən inkişafda olan, ən yaxşı futbol sərgiləyən komandasına qarşı oynadıq. Bu mənada oyunçulardan narazılığım yoxdu. Penalti epizoduna gəlincə isə bunu müzakirə etmək istəmirəm. Hakim düzgün qərar vermişdi. Biz pressinq etməyə çalışdıq. Bunu meydançanın rəqibə aid hissəsində etməyin öhdəsindən gəldik. Vəziyyət elədir ki, mən futbolçulardan çox şey tələb edə bilmirəm. Böyük futbol oynamaq üçün bəzi futbolçular xarakterlərini dəyişməlidirlər. Məni ən çox narahat edən məsələ komandanın ardıcıl iki oyunda məğlub olmasıdı. Zamana ehtiyacım var”.
(pfl.az)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar