Premyer-liqa
Yunis Hüseynov: "Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır"
Bu gün Topaz Premyer Liqasında 2-ci turun növbəti oyunlar?…
Bu gün Topaz Premyer Liqasında 2-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.
Matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov heç-heçəni belə şərh edib:
“Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.
(pfl.az)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar