Ölkə futbolu
Millimizin üzvü 90 dəqiqə oynadı
Ötən gün Türkiyə PTT 1-ci Liqasında ilk turun oyunla…
Ötən gün Türkiyə PTT 1-ci Liqasında ilk turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" da növbəti oyununa çıxıb.
Adıçəkilən komanda səfərdə "Balıkəsirspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Budak isə 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" 1 xalla 7-ci pillədə qərarlaşıb.