Ölkə futbolu
Salas "Neftçi"də 4 dəfə çox qazanacaq
“Neftçi” daha bir futbolçunun keçidin…
“Neftçi” daha bir futbolçunun keçidini həll edib. Futbolinfo.az xəbər verir ki, “Levski”nin hücumçusu Antonio Salas Quinta Azərbaycan klubu ilə anlaşıb.
Bolqar həmkarlarımız ispaniyalı futbolçunun “Neftçi” ilə artıq bir illik müqavilə imzaladığını yazıb. “Levski” rəhbərliyi 30 yaşlı forvardın komandada qalması üçün ona yeni müqavilə də təklif edib. Lakin bolqarların iddiasına görə, Aniete kimi tanınan futbolçu “Neftçi”də “Levski”də qazandığından 4 dəfə çox maaş alacaq. Anietenin “Levski”dən ayrıldığını Sofiya klubunun idman direktoru Georgi İvanov da təsdiqləyib.
Qeyd edək ki, ötən il “Levski”yə Yunanıstan klubu “Niki Volos”dan keçən Aniete keçən mövsüm 14 qolla A qrupunun bombardiri olub. “Real Sosyedad”ın yetirməsi olmasına baxmayaraq, bu klubun yalnız B komandasında oynamış hücumçunun karyerası ərzində çıxış etdiyi ən güclü komanda “Olimpakos” olub (apasport.az).
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”