Dünya futbolu
Maradona əllə qol vurduğu matçın hakimindən üzr istədi – VİDEO
Dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Ma…
Dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradon maraqlı hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, 1986-cı ildə Dünya Çempionatının ¼ finalında İngiltərə millisinin qapısına əllə qol vuran cənubi amerikalı həmin matçın hakimi Ali Ben Nasserdən üzr istəyib.
Belə ki, argentinalı 29 il sonra həmin hakimlə görüşüb. Tunisə gedən Maradona sabiq referini taparaq, ona öz formasını hədiyyə edib və üzr istəyib. Bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.