Premyer-liqa
"Qəbələ" ilə oyunda o da çıxış edəcək
Ötən tur Gəncədə "Zirə" ilə bərabərə qalan &qu…
Ötən tur Gəncədə "Zirə" ilə bərabərə qalan "Kəpəz" hazırlıqlara başlayır. Futbolinfo.az xəbər verir ki, komanda 2 günlük istirahətdən sonra bu gün 20:00-da ADBTİA stadionunda məşqlərə start verəcək.
Heyətdə cəzalı futbolçu yoxdu. İlk turda "Neftçi" ilə qarşılaşmada qırmızı vərəqə alan Şəhriyar Rəhimovun artıq cəzası başa çatıb. O, növvbəti turda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə biləcək.
Bundan başqa, zədəli Junior Osvaldonun bu oyunda iştirak edib-etməyəcəyi həkim müayinəsindən sonra bilinəcək.
Qeyd edək ki, "Qəbələ" – "Kəpəz" matçı avqustun 23-də Qəbələ şəhər stadionunda baş tutacaq.