Ölkə futbolu
"Xəzər Lənkəran"da 2 yeni legioner: Serb və xorvat gəldi
Topaz Premyer Liqasının növbəti turunda "Rəvan"ı q…
Topaz Premyer Liqasının növbəti turunda "Rəvan"ı qəbul edəcək "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın heyətinə 2 yeni legioner cəlb olunub.
Əldə etdiyimiz məlumata görə, bunlardan biri xorvatiyalı yarımmüdafiəçi digəri isə serbiyalı hücumçudu. Hələlik bu futbolçuların kimliyi bəlli deyil. Onlar cənubuların axşamkı məqşdində iştirak edəcəklər. Baxışda olan futbolçuların komandaya lazım olub-olmyacağı baş məşqçi Yunis Hüseynovun qərarından sonra bilinəcək.
"Ağ-yaşıllar" daha öncə 3 legioner futbolçunu – Pavel Kapsa, Liman Seydi, Dieqo Souza Qusmaonu heyətinə qatmışdı. Əlavə edək ki, cənublular məlum cəza səbəbindən yeni transfer etdiyi futbolçuların xidmətindən 4-cü turdan etibarən istifadə edə biləcək.
Onu da əlavə edək ki, Lənkəran klubunda futbolçuların maaşları bu həftə ödənilib.