Ölkə futbolu
Millmizə "5" verən hakim "Qarabağ"ın matçında
Avropa Liqasının pley-off mərhələsi çərçivəsind…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Yanq Boyz" matçı litvalı hakimlərə tapşırılıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Gediminas Mazeika idarə edəcək. Ona Vytautas Simkus, Vytenis Kazlauskas, Sergeyus Silva kömək edəcək.
2008-ci ildən FİFA referisi adını daşıyan Mazeikanın təmsilçilərimizlə yolu 1 dəfə kəsişib. Belə ki, 37 yaşlı referi 2008-ci ildə Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində 21 yaşlılardan ibarət milli komandamızın albaniyalı həmyaşıdları ilə matçında ədaləti qoruyub. 0:0 hesabı ilə başa çatan qarşılaşmada fit sahibi rəqib futbolçulara 3, bizimkilərə isə 5 sarı vərəqə göstərib.
Ümumiyyətlə, avrokuboklar tarixində "Qarabağ"ın matçı ilk dəfə litvalı hakimlərə etibar olunur.
Qeyd edək ki, sözügedən görüş avqustun 27-də, saat 21:00-da baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?