Dünya futbolu
"Qalatasaray"dan yeni transfer
Yeni mövsüm üçün transfer çalışmal…
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdir "Qalatasaray" daha bir futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" digər Türkiyə nəhəngi "Beşiktaş"ın qapıçısı Cenk Görəni transfer edib.
Qardaş ölkə mətbuatının yazdığına görə, Fernando Musleradan sonra komandaya ikinci qolkiper axtarışında olan rəhbərlik 27 yaşlı əlcək sahibi və klubu ilə bütün məsələlərdə razılığa gəlib. "Cim-Bom" bu keçid üçün qarşı tərəfə 750 min avro ödəyəcək.
Görən "ağ-qaralar"ın bazasına gedərək, komanda yoldaşları ilə vidalaşıb. Tərəflər 1-2 gün içində müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Cenk 2010-cu ildən "Beşiktaş"da çıxış edirdi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı