Ölkə futbolu
Biabırçılıq: Mərkəzi arenanı da rənglədilər – FOTO
Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasın…
Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq işləri aparılır.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, meydança, demək olar ki, əvvəlki oyundakı kimidi. Maraqlısı isə budu ki, qazonun bərbad vəziyyətdə olan yerləri yaşıl rənglə boyanıb.
Maraq üçün onu da əlavə edək ki, Respublika stadionunda olduğu kimi, "Bakcell Arena"nın meydançası da FSM (Football and Sport Management) şirkətinə həvalə olunub. Bu şirkət ötən il bərbad vəziyyətdə olan "Bakcell Arena"nın qazonunu da boyamışdı. Bu səbəbdən də millimizin oyununda biabırçı mənzərə yaranmışdı – meydanda yıxılan futbolçuların formaları da eyni gəngə boyanmışdı.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar